ABŞ-ın baş prokuroru Senata izahat məktubu göndərdi
07 mart 2017 03:46 (UTC +04:00)

ABŞ-ın baş prokuroru Senata izahat məktubu göndərdi

ABŞ-ın baş prokuroru Ceff Seşns Rusiya səfiri Sergey Kislyak ilə əlaqələrinə dair Senata izahat məktubu göndərib

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məktubda C.Seşns səfirlə Tramp komandasının üzvü kimi deyil, senator qismində görüşdüyünü bildirib.

 

“Mənim həmçinin Klivlenddə, Respublikaçılar partiyasının qurultayında S.Kislyakla qısa,  seçkiqabağı kampaniyaya aidiyyatı olmayan söhbətim olub”, C.Seşns yazıb.

 

Bundan əvvəl ABŞ-ın baş prokuroru Ceff Seşnsin ötən il seçkiqabağı kampaniya zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü üzə çıxıb. Konqresdə baş tutan dinləmələrdə Rusiya nümayəndələri ilə ünsiyyətdə olmasına dair sualı cavablandıran C.Seşns bunu təkzib edib.

 

Qeyd edək ki, fevralın 14-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn istefa verib. Buna səbəb onun S. Kislyakla telefon söhbətləri barədə prezident D.Trampı  tam məlumatlandırmadığı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar