ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) naməlum şəxs xəstəxanada atəş açıb.
APA-nın “washingtonpost.com”-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.
Məlumata görə, bir qədər sonra atəş açan şəxsin meyiti aşkarlanıb. Onun intihar etməsi və yaxud polis tərəfindən zərərsizləşdirilməsi məlum deyil.
İnsidentin təfərrüatları müəyyənləşdirilir.