ABŞ-ın Kanzas ştatında terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanlara qarşı rəsmi ittiham yaxın vaxtlarda irəli sürüləcək.
Məlumata əsasən, onlar Kanzas ştatının qərbində yerləşən Qarden-Siti şəhərində Somalidən olan immiqrantlara qarşı terror hücumları həyata keçirmək niyyətində olublar.
Saxlanılanların adları açıqlanmır.