ABŞ-ın cənub-şərqində tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
Corciya ştatının fövqəladə hallar üzrə agentliyinin nümayəndəsi Ketrin Houdenin sözlərinə görə ,bu gün daha 3 nəfər təbii fəlakətin qurbanı olub. Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar ABŞ prezidenti Donald Tramp Corciya, Florida və Alabama ştatlarına yardım göstəriləcəyinə söz verib.