ABŞ-a qaçmış nüvəçi alim edam edildi
07 avqust 2016 05:26 (UTC +04:00)

ABŞ-a qaçmış nüvəçi alim edam edildi

 ABŞ-da müəyyən müddət yaşamış nüvəçi alim Şəhram Əmiri Tehranda edam edilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə alimin yaxınları məlumat yayıblar.

 

2009-cu ildə Məkkəyə Həcc ziyarətinə yollanan Şəhram Əmiri yoxa çıxıb və bir müddət sonra ABŞ-da peyda olub. Onun ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən zorla saxlanıldığı barədə bildirilirdi. ABŞ alimin oğurlanmasına dair ittihamları təkzib edib. 2010-cu ildə “ABC News” telekanalı Şəhram Əmirinin ABŞ-a qaçdığını və MKİ-yə İranın nüvə proqramı barədə məlumat toplamağa kömək etdiyini bildirib.  

 

Bundan sonra Ağ Ev alimin ABŞ-a qaçdığını və Vaşinqtona mühüm məlumatların ötürdüyünü bildirib.  

 

2010-cu ildə Tehrana qayıdan Şəhram Əmiri həbs olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

Oxşar yazılar