Dövlət dəmiryolu qurumunun minlərlə işçisi Avroparlamentin Strasburqdakı binasının qarşısında etiraz aksiyası keçirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar milli dəmiryolu qurumlarının ləğv edilməsi layihəsinə etira edib.
Bu islahata qarşı Fransanın «SNCF» və Almaniyanın «Deutsche Bahn» şirkətləri daha fəal müqavimət göstərirlər.
Layihədə korporasiyalarla istismarçıların vəzifələrinin ayrılması, yollara xidmət öz əksini tapıb.
Mütəxəssislər bildirib ki, oxşar sistem Britaniyada mövcuddur və heç həmişə uğurlu işləmir, bu sistem davamlı olaraq, tənqidçilərin hədəfinə tuş gəlir.