"Türk Hava Yolları" pulları qaytarır
31 yanvar 2017 02:04 (UTC +04:00)

"Türk Hava Yolları" pulları qaytarır

"Türk Hava Yolları" aviaşirkəti prezident Donald Trampın fərmanı nəticəsində ABŞ-a uçuşu qadağan edilən ölkə vətəndaşlarının pulunu geri qaytarır.

 

Trendin xəbərinə görə, aviaşirkətin yaydığı məlumatda deyilir ki, sərnişinlər bileti geri qaytara və ya dəyişə bilərlər: "Biletlər kassada heç bir əlavə ödəniş olmadan dəyişdirilir və ya heç bir məbləğ tutulmadan geri qaytarılır".

 

ABŞ Prezidenti Donald Trampın cümə günü imzaladığı fərmana əsasən İraq, İran, Suriya, Somali, Liviya, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a gəlməsi qadağan edilib.

 

Bu fərmandan sonra İstanbulun Atatürk hava limanından ABŞ-a uçmalı olan həmin ölkə vətəndaşlarının enişinə icazə verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

Oxşar yazılar