Bursada FETO istintaqı çərçivəsində həbslərin sayı artmaqda davam edir.
Terror təşkilatının kapitanı Abdullah Öcalanın məhkum olduğu İmralı Adasında xidmət edən 1 yüzbaşı və 2 astsubay terrorla mübarizə heyəti tərəfindən tutulub.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Keniyada tutulduqdan sonra ömürlük həbs cəzası verilən Abdullah Öcalanın 1999-cu ildən bəri həbsdə olduğu İmralı adasında yerləşən həbsxanada xidmət edən 1 yüzbaşı və 2 astsubay terrorla mübarizə heyəti tərəfindən tutulub.
Onların ifadəsi alındıqdan sonra işləri məhkəməyə sövq ediləcək.