"Human Rights Watch" təşkilatının yaradıcısı vəfat etdi
28 may 2019 15:28 (UTC +04:00)

"Human Rights Watch" təşkilatının yaradıcısı vəfat etdi

0
 
"Human Rights Watch" təşkilatının yaradıcısı Robert Bernşteyn 96 yaşında Nyu Yorkda vəfat edib. 
 
ONA-nın xəbərinə görə, bu barədə “New York Times” məlumat yayıb. 
 
R.Bernşteyn 1944-cü ildə Harvard Universitetini bitirib. O, İkinci Dünya müharibəsi zamanı ABŞ Hava Qüvvələrində xidmət edib. Bernşteyn 1978-ci ilə kimi bir neçə insan hüquqları təşkilatı yaradıb, 1988-ci ildə isə onlar vahid təşkilatda birləşərək "Human Rights Watch" adlanmağa başlayıb.
 
"Human Rights Watch" insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar aparan beynəlxalq qeyri-hökumət təşkilatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1633

Oxşar yazılar