<span style="color:red;">Rusiyadan raket həmləsi:  hədəf məhv edildi
30 noyabr 2014 10:39 (UTC +04:00)

Rusiyadan raket həmləsi: hədəf məhv edildi

Rusiya yeni istehsal edilmiş "Bulava" qitələrarası raketini sınaqdan keçirib. Lent.az-ın "Cihan"a istinadən məlumatına görə, 10 ədəd nüvə başlığını daşıya bilən və 8 min kilometr uzaqlığındakı hədəfi məhv etmək qabiliyyətində olan raketin sınağı Barens dənizində baş tutub. 

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, Barens dənizindəki strateji Aleksandr Nevski bazasından buraxılan raket Kamçatkadakı hədəfi uğurla məhv edib.

Qeyd edək ki, bu raketlərin əvvəlki sınaqları uğursuz nəticələnmişdi. "Bulava"lar əsasən dənizaltı hədəflərin məhv edilməsi üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890

Oxşar yazılar