"Onları təmizləməsək, cəzasını ağır ödəyəcəyik" - <span style="color:red;">Ərdoğan
23 iyul 2016 15:00 (UTC +04:00)

"Onları təmizləməsək, cəzasını ağır ödəyəcəyik" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “France 24” kanalına ölkədə baş verən son proseslərlə bağlı müsahibə verib. Lent.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan müsahibədə bir sıra vacib məqamlara toxunub.

 

Jurnalistin Türkiyədə hərbi çevrilişlə bağlı kəşfiyyat idarəsinin yerli vaxtla saat 16-da məlumatlı olduğunu, prezidentin isə saat 20-də məlumatlandırıldığını xatırlatması və MİT rəhbərinin istefa verməli olması ilə bağlı suala Türkiyə prezidenti ehtiyatlı cavab verib. Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə hökumətdə köklü dəyişiklik etməyə gərək yoxdur: “Biz hər hansı qərar verərkən bunu baş nazirlə birgə müzakirə edəcəyik. Hazırda keçid dövründəyik. Bizdə belə bir söz var: “Dərəni keçərkən atı dəyişməzlər”. Açıq etiraf edirəm ki, kəşfiyyatla bağlı boşluq olub. Xatırlayın, ABŞ-da 11 sentyabr terrorundan sonra xüsusi xidmət orqanları ilə bağlı suallar olmadımı? Fransada da eləcə... Yəni zaman-zaman kəşfiyyat orqanları da boşluq buraxa bilər. Amma bununla belə bu məsələni də baş nazirlə müzakirə edəcəyik. İndi isə hamı işinin başındadır”.

 

Türkiyə prezidenti hərbi çevriliş cəhdindən sonra davam edən həbs dalğasının hələ bir müddət davam edə biləcəyini deyib: “Biz əhalisi 79 milyonu keçmiş Türkiyədə bu çirkin qruplaşmanın bütün ünsürlərini zərərsizləşdirmək məcburiyyətindəyik. Əgər onları təmizləməsək, bunun cəzasını ağır ödəyərik. Biz 34-35 il ərzində seperatçılara qarşı mübarizədə 40 min şəhid vermişik. İndi də antiterror əməliyyatlarını davam etdiririk. Digər tərəfdən isə bunların dövlətin içində 40 illdir yerləşməkdə olan şəbəkələri var. Bizim bu 40 ildir yaranıb möhkəmlənən şəbəkələşməni məhv etməyimiz lazımdır. Bunu ən ideal formada etməliyik ki, dövlət bir də belə bir problemlə üzləşməsin”.

 

Ərdoğan ölkədəki çevriliş cəhdinin birbaşa Pensilvaniyadan idarə edildiyini deyib: “Artıq bəzi şəxslər etiraf da ediblər və təlimatı haradan aldıqlarını boyunlarına alıblar. Hətta Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini girov saxlayan şəxslərdən biri daha da irəli gedərək “Sizi öndərimiz Fətullah Gülənlə görüşdürək” deyib. Bunu ilk dəfə söyləyirəm".

 

Avropa Birliyinin Türkiyə hökumətini son hadisələrdən sonra sərt tənqid etməsini anlamadığını deyən Ərdoğan Qərbə “Siz çevrilişin, yoxsa demokratik dövlətin yanındasız?”, deyə sual verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35