Abbas Əraqçi: "Narahatıq ki, ABŞ səhvən öz PUA-sını vurmuş olar”
19 iyul 2019 10:43 (UTC +04:00)

Abbas Əraqçi: "Narahatıq ki, ABŞ səhvən öz PUA-sını vurmuş olar”

 
 
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi İrana məxsus Pilotsuz Uçan Aparatın (PUA) vurulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, A. Əraqçi “Tvitter” səhifəsində Fars körfəzində İrana məxsus PUA-nın vurulmasını təkzib edib.
 
“Bizim nə Hörmüz boğazında, nə də ki, başqa bir yerdə Pilotsuz Uçan Aparatımızı itirmişik. Narahatıq ki “USS Boxer” gəmisi səhvən öz PUA-sını vurmuş olar”.
 
Qeyd edək ki, ABŞ donanmasının heyəti İranın PUA-sına atəş açıb.
 
Bu barədə ABŞ Prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. D. Tramp bildirib ki, ABŞ dənizçiləri gəmiyə yaxınlaşan İrana məxsus PUA-nı özlərini müdafiə etmək məqsədilə vurub, atəş nəticəsində PUA dərhal sıradan çıxarılıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar