
"Huawei"in yaradıcısı: "ABŞ-ın qadağaları bizi qorxutmur"
ABŞ Ticarət Nazirliyinin Çinin "Huawei" telekommunikasiya şirkətinə verdiyi 90 günlük lisenziya şirkət üçün böyük əhəmiyyət kəsb etmir.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu "Huawei"in qurucusu Jen Çjenfey deyib.
Onun sözlərinə görə, Çin istehsalçısı Birləşmiş Ştatların tətbiq etdiyi qadağalarla mübarizə aparmağa hazırdır.
“Şirkət çip istehsalını Amerika istehsalçıları qədər yaxşı bacarır. Ancaq bu o demək deyil ki, “Huawei” ABŞ-dan çip almayacaq. Şirkət Amerika istehsalı olan çiplərin istifadəsini istisna etmir. Biz dünyadan təcrid oluna bilmərik”, - Çjenfey belə deyib.
Qeyd edək ki, şirkətin adı ABŞ tərəfindən qara siyahıya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Bunun cavabında isə Çin tərəfi özünün "Hongmeng" əməliyyat sistemini yaradacağını açıqlayıb.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09