[b]Yəmən paytaxtının meri aviazərbə nəticəsində öldü[/b]
09 oktyabr 2016 02:57 (UTC +04:00)

[b]Yəmən paytaxtının meri aviazərbə nəticəsində öldü[/b]

0

Yəmən paytaxtı Sananın meri Əbdülqadir Hilal ərəb koalisiyasının yas mərasiminə endirdiyi zərbə nəticəsində ölüb. APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında  yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

 

Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançı Yəmən hökumətinə dəstək  verir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1106

Oxşar yazılar