<b>Türkiyə XİN: “Niderland səfirinin geri dönməməsini istəyirik”  </b>
12 mart 2017 00:47 (UTC +04:00)

Türkiyə XİN: “Niderland səfirinin geri dönməməsini istəyirik”

“Biz, məzuniyyətdə olan Niderland səfirinin bir müddət geri dönməməsini istəyirik”. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.   

 

Bəyanatda qeyd olunur ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv etdikdən sonra bu dövlətin Ankaradakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb. Diplomata baş vermiş insidentlə əlaqədar etiraz bildirib.  

 

Bəyanatda Türkiyə XİN rəhbərinin Niderlanda səfərinin ləğv edilməsi biabırçı və qəbuledilməz addım adlandırılıb, bu qərarın Avropanın demokratiya dəyərlərinə və ikitərəfli münasibətlərə ciddi ziyan vuracağı qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar