<b>Türkiyə Suriyanın şimalına 300 xüsusi təyinatlı göndərdi</b>
09 dekabr 2016 01:43 (UTC +04:00)

Türkiyə Suriyanın şimalına 300 xüsusi təyinatlı göndərdi

Türkiyə Suriyanın şimalındakı “Ərəfat qalxanı” əməliyyatının gücləndirilməsi üçün 300 xüsusi təyinatlı göndərib.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  xüsusi təyinatlılar quru qoşunların 11-ci motoatıcı briqadasının yerləşdiyi Dənizli əyalətindən təyyarə vasitəsi ilə Suriya sərhədinə çatdırılıblar.  

 

Xatırladaq, Türkiyə ordusu avqustun 24-dən Suriyanın şimalında  İŞİD terrorçularına qarşı “Ərəfat qalxanı” əməliyyatını keçirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221

Oxşar yazılar