Türkiyə Suriya və İraqla sərhəddə uzunluğu 330 km olan səddin tikintisini başa çatdırıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, cənub sərhədin 191 km hissəsində isə tikanlı məftildən hasarlanma işləri həyata keçirilib.
Görülən təhlükəsizlik tədbirləri nəticəsində 2016-cı il ərzində 57186 dəfə sərhədi qanunsuz keçmək cəhdinin qarşısı alınıb. Cəhdlərin 89,5 faizi Türkiyə-Suriya sərhədinin payına düşüb. Saxlanılan 424641 nəfərin arasında 74 ölkənin vətəndaşları var ki, onların da əksəriyyəti (390336 nəfər) suriyalıdır.
Məlumata görə, İŞİD sıralarına qatılmağa cəhd edənlərin sayı 2015-ci illə müqayisədə 7 dəfə azalıb.