[b]Türkiyə aviadaşıyıcı gəmi tikəcək[/b]
18 iyun 2016 22:55 (UTC +04:00)

[b]Türkiyə aviadaşıyıcı gəmi tikəcək[/b]

Türkiyədə tezliklə aviadaşıyıcı gəminin inşasına başlanılacaq.

 

APA-nın xəbərinə görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.   

 

Ərdoğanın sözlərinə görə, yaxın zamanda çoxfunksiyalı “TGC Anatolia” amfibiya hücum gəmisi  istifadəyə verildikdən sonra aviadaşıyıcı gəminin inşasına başlanılacaq.   

 

“Aviadaşıyıcı gəminin inşası üçün heç bir maneə yoxdur. Hökumət bu layihəni həyata keçirməkdə israrlıdır. Türkiyə müdafiə və hərbi məsələlərdə  daha fəal olmalıdır”, deyə Ərdoğan İstanbul tərsanəsinə baş çəkərkən bildirib.

 

Türkiyə hərbi donanması ABŞ və Fransa istehsalı olan 20-dən çox freqat və korvet tipli gəmilərdən ibarətdir. Bundan başqa,  Türkiyə hərbi donanmasının tərkibində 13 sualtı qayıq xidmət çəkir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar