[b]Tramp şəxsi həkimini nazir təyin etdi[/b]
29 mart 2018 12:36 (UTC +04:00)

[b]Tramp şəxsi həkimini nazir təyin etdi[/b]

ABŞ prezidenti Donald Tramp öz administrasiyasında növbəti dəyişikliklər barədə məlumat verib.
 
RİA “Novosti” xəbər verir ki, Tramp öz şəxsi həkimi admiral Ronni Ceksonu veteranların işləri üzrə nazir vəzfəsinə təklif edib. Bu barədə Tramp “Twitter” hesabında yazıb: “Mən bildirməyə şadam ki, tibb elmləri doktoru hörmətli admiral Ronni Ceksonun namizədliyini veteranların işləri üzrə yeni nazir kimi irəli sürmək niyyətindəyəm. Hələlik nazir vəzifəsini icra edən müdafiə nazirliyindən möhtərəm Robert Uilki olacaq. Mən doktor Devid Şulkinə ölkəmizə böyük veteranlarımıza xidmətinə görə minnətdaram”.
 
Qeyd edək ki, 50 yaşlı Ronni Cekson kiçik Corc Buşun dövründən ABŞ administrasiyasında çalışıb. Hazırda o, bu vəzifədə Devid Şulkini əvəzləyəcək. Ronni Ceksonun namizədliyini Senat təsdiq etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Oxşar yazılar