ABŞ prezidenti Donald Tramp Ukrayna hadisələrinə görə Rusiyaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il uzadıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ evin məlumatında bildirilir.
Qeyd edək ki, ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti bu ilin martında bitir. Sanksiyalar 2014-ci ildə tətbiq edilib.