![[b]Telman İsmayılova qarşı cinayət işi başlandı[/b]](https://lent.az/storage/news/2019/april/17/big/87ba451342446cb12f8fbd17b695e4d5.jpg)
[b]Telman İsmayılova qarşı cinayət işi başlandı[/b]
Moskvadakı Çerkizov bazarının Azərbaycan əsilli keçmiş sahibi Telman İsmayılova qarşı İsveçrədə cinayət işi başlanıb.
ONA-nın “Kommersant”a istinadən xəbərinə görə, o, üç iqtisadi cinayət törətməkdə şübhəli bilinir.
Sürix prokurorluğu T.İsmayılovu borclunun əmlakına həbs qoymaqla dələduzluqda, kreditorlara zərər vurmaqla aktivlərin ixtisarı və aktivlərin çıxarılmasında təqsirləndirir. Əgər günahı sübuta yetirilərsə, iş adamını 3 ildən 5 ilədək həbs cəzası gözləyir.
İsveçrənin hüquq-mühafizə orqanalrına iddia ərizəsi ilə Rusiyanın “BM-Bank”ı və “VTB Bank” müraciət edib.
Qeyd edək ki, Telman və Vaqif İsmayılov qardaşları Rusiya tərəfindən beynəlxalq axtarışa verilib. Onlar qətldə və qanunsuz silah dövriyyəsində ittiham olunurlar.
Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26