Türkiyə Böyük Millət Məclisi prezident üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə yanvarın 21-də baş tutub.
Səsvermədə iştirak edən 448 deputatdan 339-u qanun layihəsinin lehinə səs verib. Beləliklə, qanun layihəsi referenduma çıxarılacaq. Ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, konstitusiya dəyişikliklərinin qəbul olunması üçün 330 deputatın səsi kifayət edirdi.