Meksikanın Mansanilyo şəhərində (Kolima ştatı) avtomobildə başı kəsilmiş 6 kişi və 1 qadın meyiti tapılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meyitlərin qaçırılmış taksidə aşkar edildiyi bildirilir.
Ötən həftə Çilpansinqo şəhərində avtomobildə başı kəsilmiş 6 nəfərin meyiti tapılıb.
İlkin ehtimala görə, insidentə səbəb narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında baş verən münaqişə olub.