<b>Şimali Koreya ABŞ və Yaponiyanı hücumla hədələdi</b>
07 mart 2017 02:11 (UTC +04:00)

Şimali Koreya ABŞ və Yaponiyanı hücumla hədələdi

0

Rəsmi Pxenyan ABŞ və Yaponiya hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib.

 

APA-nın məlumatına görə, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi xəbər verib.

 

Martın 6-da Şimali Koreya Yapon dənizinə 4 ballistik raket buraxıb. Onlardan üçü Yaponiyanın ərazi sularına düşüb. Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılan raketlər 260 km hündürlüyə qalxdıqdan sonra 1000 km məsafə qət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 453

Oxşar yazılar