Ukraynanın şimalındakı qondarma “Donetsk Xalq Respublikası” separatçı rejimi Rusiyaya daş kömürü ixrac etməyə başlayıblar. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “DXR” separatçılarının lideri Aleksandr Zaxarçenko bildirib.
“Bu gün ilk 95 vaqonu yola saldıq. Bu sınaq şəklində ilk tədarükdür”, - deyə Zaxarçenko bildirib.
“DXR” lideri məsələ ilə təfərrüatları açıqlamayıb.