[b]Rusiya Suriyada daimi hərbi baza yaradır[/b]
26 dekabr 2017 14:23 (UTC +04:00)

[b]Rusiya Suriyada daimi hərbi baza yaradır[/b]

Rusiya Suriya ərazisində - Tartus və Hmeymim bazalarında daimi qoşun qruplaşmasının formalaşdırılması prosesinə başlayıb.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində deyib. O, ötən həftə ali baş komandanın Tartus və Hmeymim bazalarının strukturunu və ştatını təsdiqlədiyini söyləyib. Nazir bu barədə müqavilələrin ratifikasiyasına görə parlamentə təşəkkür edib.

 

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurası Tartusdakı material-texniki təminat məntəqəsinin hərbi dəniz bazasına çevrilməsini nəzərdə tutan sənədə baxıb. Sənəd Rusiya hərbi gəmilərinin Suriyalimanlarına daxil olması qaydalarını, onların qeydiyyatını və hərbi texnikanın yerləşdirilməsini nəzərdə tutulur. Tartusda atom gəmiləri də daxil olmaqla, eyni anda 11 gəminin yerləşdirilməsi mümkün olacaq. Hərbi bazanın genişləndirilməsinə ildə 3,2 milyard rubl xərclənməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

APA Baycan

Oxşar yazılar