<b>Rusiya İstintaq Komitəsinin generalı samovarın qurbanı oldu</b>
07 oktyabr 2016 07:59 (UTC +04:00)

Rusiya İstintaq Komitəsinin generalı samovarın qurbanı oldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İstintaq Komitəsinin Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisi general Mixail Maksimenkonu samovara quraşdırılmış dinləmə cihazının (“juçok”) köməyi ilə dinləyib.

 

APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, məhkəmənin sanksiyası əsasında xüsusi dinləmə cihazı quraşdırılmış,  üzərində FTX-nın loqosu olan samovar Maksimenkoya FTX tərəfindən hədiyyə edilibmiş. Məhz həmin dinləmə cihazının qeydə aldığı danışıqlar generala qarşı cinayət işinin başlanması üçün əsas olub.   

 

Qeyd edək ki,  Mixail Maksimenko və Rusiya İstintaq Komitəsinin  bir neçə yüksək vəzifəli əməkdaşı kriminal avtoritet “Şakro Molodoy”dan böyük məbləğdə rüşvət almaqda ittiham olunurlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar