Haitidə dəhşətli "Metyu" qasırğasının qurbanlarının sayı 340-a çatıb. Lent.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, qasırğa yaxın saatlarda ABŞ sahillərinə çatacaq. ABŞ prezidenti Barak Obama Cənubi Karolina və Florida ştatlarından sonra Corciya ştatında da fövqəladə vəziyyət elan edib.
Qasırğanın sürəti saatda 240 km-ə, saniyədə 60 metrə çatır.
***
05:28
Haitinin Cənub departamentində “Metyu” qasırğası qurbanlarının sayı 283 nəfərə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Radio Television Caraibes”-in məlumatında deyilir.
Məlumata görə, ən çox ölüm halları – 90 hadisə Şantal kommunasında qeydə alınıb, Lez Anqle kommunasında isə 85 nəfər təbii fəlakətin qurbanı olub. Qasırğa 35 minədək insanı evsiz qoyub. Axtarış-xilasetmə işləri davam etdirilir.
Güclü qasırğa Jeremi şəhərini yerlə yeksan edib – yaşayış məntəqəsində tikililərin 80 faizi tamamilə uçub.
“Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir.
ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.