Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində təmas xəttində təhlükəli təxribatların olmayacağını vəd edib.
APA-nın məlumatına görə, Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən Ukrayna rəhbərliyini “Minsk-2” danışıqlar formatı üzrə razılaşmaların şərtlərinə riayət etməməkdə günahlandırıb.
“Minsk razılaşmalarının icrası ilə bağlı bir çox məsələ havadan asılı vəziyyətdə qalıb. Əgər ABŞ-dakı tərəfdaşlarımız bu yolu birgə getməyimizi istəyirlərsə, Kiyevdəki tərəfdaşlarına təsir göstərməlidirlər. Hər dəfə bizim nəyisə etməli olduğumuzu deməyə nə ehtiyac var? Nəyi icra etməliydiksə, etmişik”, - deyə o vurğulayıb.