[b]Putin ABŞ-ı ittiham etdi[/b]
12 oktyabr 2016 23:49 (UTC +04:00)

[b]Putin ABŞ-ı ittiham etdi[/b]

Suriyada, o cümlədən Hələbdəki vəziyyətə görə ABŞ və onun tərəfdaşları məsuliyyət daşıyır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Fransanın TF-1 telekanalına müsahibəsində deyib.

 

"Mən tamamilə əminəm ki regionda, o cümlədən Suriyada yaranan vəziyyətə görə, ilk növbədə ABŞ başda olmaqla bizim Qərb tərəfdaşlarımız məsuliyyət daşıyır. Suriyada hərbi cinayətlərə dair Rusiyaya qarşı səslənən ittihamlar isə mənasız, real vəziyyəti nəzərə almayan siyasi ritorikadır”, deyə V.Putin bildirib.

 

Onun sözlərinə görə, hazırda siyasi ritorika deyil, yaranmış vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır: “Münaqişəyə cəlb olunan tərəfləri böhranın siyasi yolla nizamlanmasına inandırmaq gərəkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar