![[b]PKK-ya qarşı XÜSUSİ ƏMƏLİYYAT[/b]](https://lent.az/storage/news/2019/march/10/big/43d54dd5316b1a8d6d1083c07c94b4e5.jpg)
[b]PKK-ya qarşı XÜSUSİ ƏMƏLİYYAT[/b]
Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələr endirib.
ONA-nın AZƏRTAC-a istinadən yaydığı xəbərə görə, bu haqda Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazılıb.
Dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib.
Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub.
Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09