ABŞ prezidenti Barak Obamanın iti Ağ Evə qonaq gəlmiş 18 yaşlı qızı qapıb.
Lent.az-ın TMZ-ya istinadən verdiyi xəbərə görə, qız Sanni adlı iti tumarlayıb öpmək istəyərkən, heyvan qəflətən onun üzündən qapıb.
Xəsarət ciddi olduğundan həkim yaraya bir neçə tikiş qoymalı olub.
Sağaldıqdan sonra belə, qızın üzündə kiçik çapığın qalacağı bildirilir.