[b]Neft hasilatının azaldılmasına dair təkliflər hazırdır[/b]
23 noyabr 2016 01:55 (UTC +04:00)

[b]Neft hasilatının azaldılmasına dair təkliflər hazırdır[/b]

0

OPEK-ə üzv olan ölkələrin ekspertləri  neft hasilatının azaldılmasına dair yekun təkliflər paketini hazırlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, həmin təkliflərin  OPEK-ə üzv ölkələrin nazirlərinin noyabrın 30-da keçiriləcək növbəti görüşündə müzakirə olunaraq təsdiq olunması gözlənilir.

 

“Texniki komitənin işi çox uğurlu olub. Komitə yekun hesabatı noyabrın 30-da keçiriləcək görüş zamanı nəzərdən keçirilməsi üçün nazirlərə təqdim edəcək”, - deyə mənbə bildirib.    

 

Nigeriya nümayəndəsi İbrahim Vaya bundan əvvəl bildirib ki, hasilat səviyyəsinin məhdudlaşdırılması əvvəllər təklif olunduğu 12 ay yox, 6 ay müddətinə müəyyən ediləcək. Müddətin azaldılması limitlərin tətbiqinin çətinliyi ilə əlaqələndirilir.  

 

Yaradılacaq xüsusi texniki qrup sazişin şərtlərinə əməl olunmasına nəzarət edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar