[b]NATO rəhbərindən Almaniya və Türkiyəyə çağırış [/b]
16 iyul 2017 04:47 (UTC +04:00)

[b]NATO rəhbərindən Almaniya və Türkiyəyə çağırış [/b]

0

NATO baş katibi Yens Stoltenberq rəsmi Ankaranın alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoymasından narahat olduğunu bildirib.  

 

APA-nın  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Alyans sədri  Yens Stoltenberqin Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ilə görüşündən sonra NATO nümayəndəsi bildirib.

 

“Ümid edirik ki, Almaniya və Türkiyə, səfərin hər iki tərəf üçün münasib olan tarixini razılaşdıra biləcəklər”, - deyə NATO nümayəndəsi bildirib.

 

NATO-nun narahatlığı Almaniya hərbi kontingentinin Konyadakı bazadan mümkün çıxarılmasından narahatdır.

 

Qeyd edək ki, keçən bazar  Almaniyanın 260 nəfərdən ibarət hərbi kontingentinin “İncirlik” bazasından çıxarılması prosesinə başlanılıb. Rəsmi Ankara isə alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoyub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar