[b]NATO baş katibindən mühüm bəyanat[/b]
26 oktyabr 2016 22:22 (UTC +04:00)

[b]NATO baş katibindən mühüm bəyanat[/b]

NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

 

“Bu gün Kanada, Almaniya, Niderland, Polşa, Türkiyə və ABŞ Qara dənizdə NATO-nun iştirakını möhkəmləndirmək üçün Rumıniyaya  özlərinin quru, dəniz və hava qüvvələrini göndərməyə hazır olduqlarını bildiriblər”, deyə Y.Stoltenberq bildirib.

 

Baş katib həmçinin deyib ki, Alyansın 2017-ci ilin əvvəlində Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə təmsil olunacaq: “Albaniya, İtaliya, Polşa, Sloveniya hərbçiləri Latviyada   Kanada kontingentinə, Danimarka və Fransa hərbçiləri Litvada Böyük Britaniya  kontingentinə və nəhayət Rumıniya və Böyük Britaniya hərbçiləri Polşada ABŞ hərbi kontingentinə qoşulacaq”.

 

Qeyd edək ki, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şurasının sammiti keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar