Türkiyədə ölüm hökmünün bərpa edilməsi, bu ölkənin Aİ üzvü olmaq arzusunda olmadığını nümayiş etdirəcək.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.
“Biz Türkiyənin nə istədiyini anlamalıyıq. Ölüm hökmünün bərpa edilməsi, Türkiyənin Aİ-yə üzvlük arzusunda olmadığına bir mesaj olacaq”, - deyə o qeyd edib.
Moqerini qeyd edib ki, Ankara və Brüssel, Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlar prosesinin dayandırılmasından yalnız uduzacaqlar.