[b]Məntəqələrin yarısı üzrə “Gürcü arzusu” liderdir[/b]
09 oktyabr 2016 06:15 (UTC +04:00)

[b]Məntəqələrin yarısı üzrə “Gürcü arzusu” liderdir[/b]

Gürcüstanda parlament seçkilərində məntəqələrin yarısı üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin yarıdan çoxunu, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə ¼ - dən çoxunu toplayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında bildirir. 

 

“3702 seçki məntəqəsindən 1866-sı (50,41 faiz) üzrə hesablanmış bülletenlərin nəticəsinə görə,  “Gürcü arzusu” partiyası səslərin 50,56 faizini və ya 396 min 817 seçicinin etimadını,  “Vahid Milli Hərəkat” partiyası isə 26,51 faizini və ya 208 min 056 səs toplayıb. Digər partiyalar beş faizlik həddi adlaya bilməyiblər”, - deyə MSK-nın saytında bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar