Meksikada hüquq müdafiəçiləri polisi 22 nəfəri edam etməkdə ittiham ediblər
Bakı-APA. Meksikanın insan haqları üzrə milli komissiyasının sədri Luis Qonsales Perez bildirib ki, ölkənin federal polisi 2015-ci ilin mayında Miçoakan ştatında cinayətkarlarla toqquşmadan sonra 22 nəfəri qanunsuz edam edib.
Qeyd edək ki, söhbət Tauato bələdiyyəsi ərazisində baş vermiş toqquşmadan gedir. O zaman 42 cinayətlar ölüb, üç nəfər yaralanıb, 1 polis həlak olub.