İranda məhkəmə qadının üzünə turşu ataraq onu kor etmiş digər qadının bir gözünün kor edilməsi barədə hökm verib.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident iki il əvvəl Mahşəhr şəhərində baş verib. Müttəhim və zərərçəkənin kimliyi açıqlanmır.
Müttəhim həmçinin yeddi il həbs cəzasına məhkum edilib. Bundan başqa o, kompensasiya da ödəməli olacaq.