[b]Marneulidə bomba həyəcanı yaşandı[/b]
23 fevral 2018 20:33 (UTC +04:00)

[b]Marneulidə bomba həyəcanı yaşandı[/b]

0

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun mərkəzində axşam saatlarında bomba həyəcanı yaşanıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun Rustaveli küçəsində şübhəli qara çanta böyük narahatlığa səbəb olub.

 

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Qara çantaya keçirilən baxış zamanı orada ərzaq məhsulları aşkar olunub.

 

Çantanın olduğu yerdən Marneuli rayonunun kəndləri, Qırmızı körpü sərhəd-keçid məntəqəsinə və Bakıya avtobuslar yola düşür. Təşviş yaratmış çantanı Bakıya yola düşmüş sərnişinin unutduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 513

Oxşar yazılar