Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. İnsident şəhərdə Hellouin bayramı qeyd edilərkən baş verib.