<b>Londonda da məscidə <span style="color:red;">HÜCUM  oldu</b> - [b]VİDEO[/b]
16 mart 2019 12:13 (UTC +04:00)

Londonda da məscidə HÜCUM oldu - [b]VİDEO[/b]

Yeni Zenlandiyadakı iki məscidə silahlı hücümdan sonra bu dəfə İngiltərənin paytaxtı Londonda analoji hadisə baş verib. 
 
Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, çəkiç və dəyənəklərlə silahlanmış bir qrup gənc Londondakı Əşaadibi məscidinin qarşısına toplaşmış müsəlmanlara hücum edib. 
 
İslam dini əleyhinə kəskin şüarlar səsləndirən qrup üzvləri qarşı tərəfin təpkisini görən an oradan uzaqlaşamağa çalışıb. 
 
Təcavüzkarlar qaçdıqda müsəlmanlardan biri özünü avtomobilin üstünə ataraq onu saxlatmaq istəyib.
 
Hadisənin yerli vaxtla saat 13.00 radələrində baş verdiyini bildirən London polisi dərhal axtarış elan edib. 
 
Qeyd edək ki, hücum zamanı 27 yaşlı bir müsəlman gənc başında küt alət yarası alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 881
avatar

Oxşar yazılar