Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu bağlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə XİN rəhbəri Sergey Lavrov bildirib.
“Bu dəqiqələrdə müavinim Sergey Ryabkov XİN-ə çağırılan ABŞ səfiri Hantsmana ölkəsi ilə bağlı görüləcək tədbirlərin məzmununu izah edir. Tədbirlər analoji sayda diplomatların ölkədən çıxarılmasını və ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunun fəaliyyətinin dayandırılmasını nəzərdə tutur”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, ABŞ bundan əvvəl “Skripal işi” ilə əlaqədar Böyük Britaniya ilə həmrəyliyini nümayiş etdirərək, Rusiyanın 60 diplomatını ölkədən çıxarıb və Rusiyanın Sietldəki baş konsulluğunu bağlayıb.