<b>Koçaryan barəsində həbs qərarı çıxarıldı</b>
28 iyul 2018 00:35 (UTC +04:00)

Koçaryan barəsində həbs qərarı çıxarıldı

İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində həbs qərarı çıxarıb.

 

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib. “Məhkəmə iki aylıq həbs qərarı verdi. Bundan əlavə heç nə deyə bilmərəm. Digər açıqlamalar sabah mətbuat konfransında veriləcək”, deyə R.Koçaryanın vəkili Aram Orbelyan bildirib.

 

İyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitutsion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar