ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat hazırlığına başlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.
“Biz tərəfdaşlarımızla Rəqqanın təcrid edilməsi üzrə əməliyyat üçün zəmin yaratmağa başlamışıq”, - deyə Karter koalisiya ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında qeyd edib.
Fransa MN rəhbəri Jan İv Le Drian Rəqqada İŞİD-ə qarşı əməliyyatın mümkün vaxtı və şərtləri barədə danışmaq hələ tez olduğunu bildirib: “Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir”, - deyə o qeyd edib.