<b>Kiyev Rusiyaya cavab verdi:</b> İddialar əsassızdır
26 fevral 2014 14:32 (UTC +04:00)

Kiyev Rusiyaya cavab verdi: İddialar əsassızdır

Ukrayna Xarici İşlər Nazirliyi ölkədədaxili vəziyyətlə bağlı bəyanat yayıb.


 

APA-nın məlumatına görə, Ukrayna xarici siyasət idarəsinin bəyanatında qeyd olunub ki, hazırda ölkənin böhrandan çıxarılması üçün bütün lazımi addımlar atılır.

 

“Ali Rada tərəfindən qəbul olunmuş qərarların legitimliyini artıq Ukraynanın əksər beynəlxalq tərəfdaşları tanıyıb. Kiyevdə və ölkənin digər şəhərlərdə ictimai əsayiş bərpa olunub”, - deyə sənəddə vurğulanıb.

 

Rəsmi Kiyev həmçinin Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib. Ukrayna xarici siyasət idarəsi qeyd edib ki, Ukraynada milli azlıqlar və dini konfessiyaların nümayəndələrinin hüquqlarının təhlükədə olduğuna dair iddialar əsassızdır. 

 

“Hazırkı mərhələdə rəsmi Kiyev ölkənin iqtisadi sabitliyinə, habelə ərazi bütövlüyünə mümkün təhlükələrin dəf edilməsinə yönəlik səylərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsində maraqlıdır. Bu baxımdan Kiyevdə Rusiya XİN rəhbərinin Ukraynanın ümumavropa ailəsinin tərkib hissəsi kimi inkişafı üçün lazımi şəraitin yaradılmasının vacibliyi haqda bəyanatına xüsusi önəm verilir”, - deyə bəyanatda vurğulanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Oxşar yazılar