Ukrayna hakimiyyəti Donbasdakı münaqişəsinin üç həll variantını nəzərdən keçirir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə işğal olunmuş ərazilər və məcburi köçkünlərin işi üzrə nazir müavini Yuri Qrımçak bildirib.
Onun sözlərinə görə, birinci variant “sırf hərbi əməliyyatı” nəzərdə tutur. Lakin Yuri Qrımçak bu variantından istifadə ehtimalının çox az olduğunu qeyd edib.
“Xorvatiyada Serbskaya Kraina və Şərqi Slavoniya var idi. Serbskaya Kraina hərbi yolla - Xorvatiya ordusunun keçirdiyi əməliyyat nəticəsində azad edilmişdi. Lakin Serbiya ordusu o zaman kazarmalarda qalaraq Xorvatiya ordusuna qarşı çıxış etməmişdi. Miloşeviç o zaman elə bir vəziyyətə qoyuldu ki, ordusunun hərbi münaqişəyə qarışmayacağına dair zəmanət verməli oldu”, - deyə Yuri Qrımçak qeyd edib.
Qrımçak Kiyevin Şərqi Slavoniyada tətbiq edilmiş üçüncü həll variantını əsas nizamlanma üsulu saydığını bildirib. Onun sözlərinə görə, burada söhbət sülhməramlı missiyadan gedir.
“Həmçinin silahlıların tərksilah edilməsi, ərazilərin Ukraynanın nəzarətinə qaytarmaq üçün beynəlxalq keçid administrasiyasının yaradılması nəzərdə tutulub”, - deyə Qrımçak vurğulayıb.