<b>Kabildə partlayış: 30 ölü</b>
05 sentyabr 2016 20:52 (UTC +04:00)

Kabildə partlayış: 30 ölü

0

Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.

 

Bu gün Kabildə Əfqanıstan Müdafiə nazirliyinin binasının qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.

 

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar