İtaliyanın Marke vilayətində 6,2 bal gücündə daha bir zəlzələ olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar paytaxt Romada 20 saniyə ərzində hiss edilib.
İki saat əvvəl bölgədə 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Askoli-Piçeno şəhərindən 37 km qərbdə, paytaxt Romadan isə 132 km şimal-şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt Roma daxil olmaqla Florensiya, Peruca, Akvila və bir sıra digər şəhərlərdə hiss olunub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Avqustun 25-də İtaliyanın mərkəzi bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində 300 nəfər ölmüş, 400-dən çoxu xəsarət almışdı.
***
İtaliyanın mərkəzi bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Askoli-Piçeno şəhərindən 37 km qərbdə, paytaxt Romadan isə 132 km şimal-şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Avqustun 25-də İtaliyanın mərkəzi bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində 300 nəfər ölmüş, 400-dən çoxu xəsarət almışdı.