Liviyanın paytaxtı Tripoli şəhərində İtaliya və Misir səfirliklərinin yanında avtomobil partladılıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki nəfər ölüb.
Partlayışın diplomatik missiyaya qarşı hücum olub-olmadığı aydınlaşdırılır.
Avtomobildən iki şəxsin meyiti çıxarılıb. Hadisə yerində araşdırma aparılır.